Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 14:39:00
Şagirdi elektrik cərəyanı vuraraq öldürdü - Cəlilabad məktəbində  

Cəlilabadda məktəbdə şagirdi elektrik cərəyanı vuraraq öldürüb.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.

 

İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərayanı vurub.

 

Belə ki, həmin məktəbin 1-ci sinif şagirdi Zeynalov Hüseyn Yaşar oğlunu məktəbin həyətində  elektrik cərayanı vurub. 

 

Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

 

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report.az