Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 12:46:00
“Ramiz Mehdiyevin istefa verəcəyini düşünmürəm” -Sərdar Cəlaloğlu

 

 

 

“Alimin bacarığı varsa, elmlə məşğul olacaq, yoxdursa, onun üçün AMEA rəhbərinin kim olmasının heç bir fərqi qalmayacaq”.

 

 

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

Belə ki, son günlər AMEA-nın bir sıra institut direktorları akademiya prezidenti Ramiz Mehdiyevi istefaya səsləyib.

 

Sərdar Cəlalaoğlu məsələ ilə bağlı fikirlərini ifadə edib:

 

“Azərbaycan Milli Elmlər Akademiyası prezidentini işdən kənarlaşdırmaq AMEA Reyasət Heyətinin verə biləcəyi qərardır, bunu hansısa institut direktoru edə bilməz.

 

Həmin şəxslərin etirazları varsa, onlar birbaşa müraciət edə bilərlər. Ramiz Mehdiyevin istefa verəcəyini düşünmürəm.

 

Ramiz Mehdiyevin AMEA prezidenti olmasının hansısa alimin elmi işlər görməsinə heç bir dəxli yoxdur. Hər kəs öz elmi araşdırmaları ilə məşğul olmalıdır. Alimin bacarığı varsa, elmlə məşğul olacaq, yoxdursa, onun üçün AMEA rəhbərinin kim olmasının heç bir fərqi qalmayacaq”.

 

Qeyd edək ki, bu gün AMEA-nın Reyasət Heyətinin iclası keçiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları