Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 13:10:00
Tələbə kreditlərilə bağlı VACİB detallar- Yeniliklər GÖZLƏNİLİR

 

Fevralın 7-də təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. 

 

Tədbirdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev təqdimatla çıxış edib və media nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırıb. Eyni zamanda fondun rəhbəri həyata keçirilməsi nəzərdə tutulan bir sıra dəyişikliklər haqqında məlumat verərək,  vacib detalları  açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, Fond rəhbəri 2021/2022-ci tədris ilində ödənişli təhsil alan I  kurs tələbələrdən 40 719 nəfərin təhsil krediti almaq hüququ olduğunu bildirib.

 

Onun sözlərinə görə, həmin tələbələrdən 21 364-ü bakalavr, 6 522 nəfəri magistr, 12 833 nəfəri isə subbakalavrdır.

 

420 tələbənin müraciətinə imtina cavabı verilib

 

İndiki qaydalarla sırf əyani tədris alan tələbələrə təhsil kreditlərin verildiyini qeyd edən rəhbər, bəzi tələbələrin  müraciət zamanı qoyulan tələblərlə yaxından tanış olmadığını bildirib: “Misal olaraq, qiyabi təhsil alan tələbələr də kredit almaq üçün müraciət ediblər. Həmin tələbələrə sistem avtomatik imtina cavabı göndərilib, keçən həftə 420 nəfərə bu səbəbdən imtina verilib”.

 

"Təhsil səviyyəsi üzrə təhsil tələbə krediti almaq hüququnu  müəyyən edən

tələbə qəbulu  imtahanında toplanan ümumi balın minimal həddi dəyişdirilə bilər"

 

İdarə Heyəti sədrinin sözlərinə görə, hazırda bununla bağlı müzakirələr və məsləhətləşmələr aparılır:  "Bu, gələcəkdə müzakirə oluna biləcək mövzulardan biridir. Çünki kredit təhsil alan tələbələri deyil, eyni zamanda abituriyentləri də əhatə edir".

 

Hazırda bakalavr səviyyəsi üzrə ödənişli təhsil alan tələbələr üçün həmin hədd 300-700, magistr səviyyəsi üzrə 50-100, subbakalvr səviyyəsi üzrə isə 110-300 bal aralığı müəyyən edilib.

 

Araz Paşayev, göstəricisi 71 baldan aşağı olan tələbələrin təhsil krediti ala bilmələri üçün səy göstərdiklərini qeyd edib: “Yəni araşdırmalarımızla müəyyən etmişik ki, həmin tələbələrin bir qismi I semestr üzrə göstəricilərini 71 bala çatdırıblar".

 

Fevralın 15-də I semestr üzrə təhsil krediti üçün müraciətlərin qəbulu başa çatacaq. Fevralın 16-dan etibarən isə yaz semestri üçün kredit almaqla bağlı müraciətlərin qəbulunun başlanması nəzərdə tutulur.

 

Yekun məlumata əsasən, təhsil tələbə krediti üçün 5000 müraciət daxil olub,həmin müraciətlərdən 1945-nə müsbət rəy verilib.

 

1200 müraciət emal olunub və onların rəsmiləşdirilməsi yaxın iki həftədə baş tutacaq. Təxminən,  400-ə yaxın müraciət texniki baxımdan tamamlanmayıb.

 

Qeyd edək ki, kreditlərin verilməsi üçün müraciətlərin qəbulu ötən il noyabrın 25-də başlayıb.