Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 10:36:00
“AzEdu Academy” buraxılış sınaq imtahanı keçirir – Tam fərqli üstünlüklərlə

 

“AzEdu Academy”  20 fevral saat 10:00 tarixində 9-10-11-ci siniflər üçün buraxılış sınaq imtahanı təşkil edəcək.

 

Sınaq imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənclik korpusunda keçiriləcək.

 

Əsas fəaliyyət istiqamətlərindən birinin müəllim və abituriyentlərdə imtahan vərdişlərinin formalaşması, onların bu həssas dönəmdəki psixoloji hazırlığını artırmaq olan “AzEdu Academy” tam fərqli imtahanla buraxılış siniflərində təhsil alanlara yardımçı olacaq.

 

“AzEdu Academy”nin təşkil edəcəyi buraxılış sınaq imtahanında  Dövlət İmtahan Mərkəzinin qəbul proqramına tam uyğun şəkildə hazırlanmış testlər olacaq.

 

Buraxılış siniflərində oxuyan şagirdlər biliklərini sınaq imtahanı vasitəsilə təkmilləşdirməklə yanaşı, onlara hazırda hava-su kimi lazım olan imtahan vərdişləri, DİM standartlarına uyğun cavab kartı ilə iş, kodlaşdırma qaydalarını  da  mənimsəyə biləcəklər.

 

DİM tərəfindən müəyyən səbəblərdən buraxılış imtahan tarixlərinin önə çəkilməsi şagirdlərdə həm imtahan öncəsi hazırlıq, eləcə də, imtahanın gedişi prosesində xeyli çətinliklər yaşadacaq. Həm valideynlər, həm müəllimlər, həm də abituriyentlər bu məsələdən narahatlıqlar yaşayırlar. 

 

Bunu nəzərə alan “AzEdu Academy”  buraxılış sınaq imtahanlarına qoşulacaq şagirdlərə həm imtahan prosesində, həm də ondan əvvəl və sonrakı həssas zaman kəsimi üçün  vacib olan psixoloji hazırlıq, özünəinamı formalaşdıran metodlar və zəruri praktiki vərdişləri də qazandıracaq.

 

Buraxılış sınaq imtahanlarına qoşulacaq şagirdlər bu metodlar, eləcə də hazırlanan test nümunələrinin DİM-ə tam uyğunluğu səbəbindən bir aydan sonra baş tutacaq əsas imtahanların stress və həyəcanını yenmək, eləcə də öz bilik və bacarıqlarını daha hazırlıqlı şəkildə tətbiq etmək üstünlüyünə malik olacaqlar.

 

Bu və digər üstünlükləri əldə etmək istəyən şagird bizə qoşulmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilər:

 

Telefon nömrələri:

010-214-90-09;

012 -480-15-93;

 

Həmçinin, bu ünvanlara müraciət etməklə, buraxılış kuponlarını əldə edə bilər:

 

Səbail r, Maqomayev 3 döngəsi 10 (İçərişəhər, Şirvanşahlar sarayının yanı)

 

Qara Qarayev metrostansiyasının yanı, 3467. (Dominos-Pizzanın arxası)

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları