Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 10:12:00
Magistraturaya qəbulda ikinci turda iştirak etmək istəyənlərin qeydiyyat prosesi necə olacaq?-İZAH

Magistraturaya sənəd qəbulu davam edir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 1-dən başlayıb və 10 fevral saat 23:59-dək davam edəcək.

 

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

 

İmtahan 2022-ci il fevralın 20-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Bəs birbaşa ikinci imtahanda iştirak etnək istəyənlər necə bu turda qeydiyyatdan keçməlidirlər?
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, həmin şəxslər ikinci dəfəki imtahana qeydiyyat başlananda prosesə qatılmalıdırlar. Bu imtahan hələ ilk turdur. İkinci imtahana qeydiyyat başqa tarixdə aparılacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları