Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-27 15:12:00
Magistraturaya qəbul imtahanının vaxtı məlum oldu  

Dövlət İmtahan Mərkəzi gələn il üçün magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtını açıqlayıb.

AzEdu.az xəbər verir ki, magistratura səviyyəsi üzrə I mərhələ üçün qəbul imtahanının fevralın 20-də keçirilməsi planlaşdırılır.

Fevral ayında həmçinin peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının da keçirilməsi nəzərdə tutulub. Şagirdlər fevralın 28-də imtahan verəcəklər.