Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 17:00:00
Təhsil işçiləri maaşlarını artımla ALDILAR

Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrində, o cümlədən 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilib.

 

Qeyd edək ki, bu proses ölkə başçısının müvafiq sərəncamlarına əsasən həyata keçirilib.