Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 12:47:00
AMEA siyasi məsələlərlə deyil, elmlə məşğul olsa, inkişaf edəcək-Sona Əliyeva

“Nə zaman ki, AMEA  siyasi məsələlərlə  deyil, yalnız elmlə məşğul olacaq, o vaxt inkişaf əldə ediləcək”.

 

Bunu AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

Belə ki, son zamanlar AMEA-da xoşagəlməz hadisələr baş verir. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

 

Sona xanım mövzu ilə bağlı fikirlərini bildirib:

 

“Akademiya gündəmi siyasi məsələ və qarşıdurmalarla  məşğul etməyərək, bütün fikrini elmə yönəldsə, hər şey dəyişəcək. Bir ölkə üçün Elmlər Akademiyası çox vacibdir. AMEA-nı ləğv etmək düzgün fikir deyil, burada Azərbaycanın ziyalı və dəyərli insanları var. Hansı ki, həmin şəxslərin yetişməsi üçün  uzun illər əmək, zəhmət və səy göstərilib. Lakin AMEA-da elə şəxslər var ki, onlar gündəmi başqa məsələlərlə zəbt edir. Nə zaman ki, AMEA Azərbaycan  dövlət  və xalqına  xidmət edəcək şəkildə  elmlə məşğul olacaq, ölkə iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı kimi  sahələri irəli aparacaq  işlərlə məşğul görəcək, o vaxt o, öz işini yerinə yetirmiş sayılacaq. Bu gün AMEA daha başqa və formal məsələlərlə məşğuldur. Lakin bütün dünyada iqtisadiyyatın əsasını  elmi təcrübə və araşdırmalar təşkil edir. Məsələn, inkişaf edən ölkələrdən Yaponiya, Almaniya, Avropa dövlətləri və Amerika  əldə edilən texnoloji nəaliyyətlərin  hamısını elmin üzərində qurub. Hazırda akademiyanın adı ictimai-siyasi arenada başqa mənalarda   hallanır. AMEA Azərbaycan elmi üçün dəyərli insanlar yetişdirməlidir. Başqa məsələlərlə məşğul olaraq gündəmi zəbt etməsini Azərbaycan elmi adına yaraşdırmıram”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları