Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 11:28:00
"Təhsilə ictimai baxış" adlı silsilə müzakirələr keçiriləcək

Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr təşkil olunacaq.  Məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.  


AzEdu.az xəbər verir ki, “Təhsilə ictimai baxış” silsiləsindən 4 fevral 2022-ci il tarixində keçiriləcək ilk müzakirə təlim və tərbiyə mövzusuna həsr olunacaq. Burada təlim və tərbiyə prosesinin təşkilində mövcud vəziyyət, problem və səbəbləri, çıxış yolları, o cümlədən təlim və tərbiyənin vəhdətinin səmərəli təşkil olunması məsələlərinə toxunulacaq.


Silsilə müzakirələrdə təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, psixoloq və sosioloqlar, eləcə də QHT nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşlarının iştirakı nəzərdə tutulur.

 
Qeyd edək ki, “Təhsilə ictimai baxış” silsilə müzakirələri təhsil naziri Emin Əmrullayevin təhsilin təkmilləşdirilməsində ictimai rəyin öyrənilməsinin əhəmiyyəti ilə bağlı çağırışına cavab mahiyyəti daşıyır.