Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 13:24:00
Fənn olimpiadalarındakı keyfiyyət göstəriciləri necə dəyişdi? – Fuad Qarayevdən cavab

 

 “Şagirdlər daha çox İT və Azərbaycan dili ixtisasına yönəlirlər”.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin Lisey və gimnaziyalarla iş sektorunun müdiri Fuad Qarayev deyib.

 

“Son keçirilən olimpiadanın nəticələrini çox yaxşı qiymətləndiririk. Əvvəlki ilə nisbətən, bu il daha çox şagird  respublika üzrə yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şagirdlərin İT sahəsinə marağı daha çoxdur. Həmçinin, onlar Azərbaycan dili fənninə daha çox meyl edirlər. Bu il təşkilat komitəsi və münsiflər heyəti olaraq istədik ki, daha çox şagirdin respublika turnirində iştirakını təmin edək. Lakin əvvəlki illərə baxanda olimpiada  üzrə nəticələr çox yaxşıdır”.

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

 

Yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə olimpiada.edu.az saytı vasitəsilə tanış olmaq mümkündür. 

 

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir.

 

Xatırladaq ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

 

Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları