Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 14:49:00
Hazırkı dövrdə məktəblər bağlana bilərmi?- Adil Qeybulla omikrondan DANIŞDI

“Mövcud şəraitdə məktəblərin bağlanmasına ehtiyac yoxdur”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında  tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

 

Belə ki, Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

 

 Adil Qeybulla belə vəziyyətdə məktəblərin bağlanıb-bağlanmayacağına münasibət bildirib:

 

“Azərbaycanda omikron ştammının aşkarlanması tam təbbi və gözlənilən idi. Çünki qonşu ölkələr və dünyada bu ştamm sürətlə yayılır. Orta və ali məktəblərdə şəxslər arasında təmaslar çoxdur. Onlar artıq pandemiyanın bitdiyini təsəvvür edir. Bütün bunlar da təsadüfi təmasların artmasına gətirib çıxarır ki, bu da yoluxmanın sürətinə təsir göstərir. Omikronun digər ştammlardan əsas fərqi onun sürətlə yayılmasındadır. Lakin ölüm halları digər ştammlara nisbətən daha az müşahidə edilir. Amma hazırkı şəraitdə məktəblərin bağlanmasına ehtiyac yoxdur. Qapalı məkanlarda insanlar qaydalara daha çox əməl etməlidir. Düşünürəm ki, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətdən aslı olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları