Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 14:13:00
İnsan resursları mərkəzinin “Çağrı xidməti” fəaliyyətə başlayıb  

İnsan resursları mərkəzinin “Çağrı xidməti” vətəndaşlara artıq 146-3 xətti vasitəsilə xidmət göstərəcək.

Bu barədə İnsan resursları mərkəzindən məlumat verilib. Bildirilib ki, mərkəzlə əlaqə saxlamaq üçün vətəndaşlar Təhsil Nazirliyinin 146 nömrəsinə zəng edərək müvafiq dil seçdikdən sonra 3 düyməsini seçməlidirlər.

Vətəndaşlar qeyd olunan nömrə vasitəsilə müəllimlərin işə qəbulu, iş yerinin dəyişdirilməsi, daimiləşdirilməsi və sertifikasiyası ilə bağlı sual və müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, mərkəzin “Çağrı xidməti” həftəiçi beş gün (bazar ertəsi – cümə günləri) saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.