Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-08 13:22:00
Ötən il sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı məlumat bazası yaradılıb

 

 

Ötən il sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı məlumat bazası yaradılıb.

 

2021-ci ildə buraxılış imtahanlarında sağlamlıq imkanları məhdud şagirdlərin (görmə, eşitmə və nitq qüsurlu) iştirakı təmin olunub.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərlə bağlı məlumat bazası yaradılıb. Bu baza evdə təhsil, xüsusi təhsil müəssisələrində və ya xüsusi siniflərdə, o cümlədən ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumatları özündə əks etdirir.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən 13 internat məktəbində 4 min 971 şagird, 16 inteqrasiya təlimli təhsil müəssisəsində 6 min 333 şagird, 8 təmayüllü internat tipli təhsil müəssisəsində isə 4 min 439 şagird təhsil alır.