Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-07 10:54:00
Bəzi hallarda müəllim davranışı intihara gətirib çıxarır-Kamran Əsədov

 “Hansısa şagirdi fiziki olaraq cəzalandırmaq yolverilməzdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Belə ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu görüntülər yayılıb. Buna uyğun olaraq ərazi üzrə Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

 

Kamran Əsədov təhsil işçilərinin yol verdiyi bu tip hərəkətlərə münasibət bildirib:

 

“Hazırda Azərbaycanın 4432 məktəbində 1,6 milyon nəfər təhsil alır. Onların hamısı ciddi fiziki-psixoloji dayanıqlı deyil. Bir çox şagirdlərimiz kənar müdaxilələr nəticəsində psixoloji travmaya məruz qalır. Hətta bəzi hallarda bu, intihara belə gətirib çıxarır. Çox təəssüflər olsun ki,  direktorlardan biri təhsil işçilərinin ektik davranış qaydalarına  riayət etməyərək 2009-cu ildə qəbul edilən Təhsil haqqında qanunun tələblərini ciddi şəkildə pozub və şagirdlərə qarşı fiziki zorakılıq tətbiq edib. Ölkəmizin mövcud qanunvericiliyinin tələbinə görə səbəb və məqsədindən aslı olmayaraq  şagirdə qarşı fiziki zorakılıq tətbiq etmək olmaz. Hansısa uşağı fiziki olaraq cəzalandırmaq yolverilməzdir. Bu, onun şəxsiyyətinin alçaldılmasıdır. Həmin vəziyyət şagirdin psixoloji olaraq travma almasına  gətirib çıxara bilir. Əmək Məcələsinin 69, 70, 72-ci maddələrinin tələbləri pozulduğuna görə  məktəb direktoru birbaşa xəbardarlıq olunmadan işindən azad edilməlidir. Bu kimi halların birmanalı olaraq  əleyhinəyik”.

 

Təhsil eksperti qeyd edib ki, bu gün gənc uşaqların idarə edilməsi ilə bağlı ciddi problemlər var:

 

“Həmçinin, müəllimlərimizin müəyyən qədər psixoloji və maddi problemləri var. Bu,  əsas vermir ki, heç kimin övladına qarşı  hər hansısa fiziki təzyiq vasitəsindən istifadə edilsin. Baş verən hadisə ciddi şəkildə hüquqi pozuntusudur. Digər tərəfdən də şagirdlər məktəbin nizam-intizam qaydalarına  əməl etməlidir. Bu qaydalar pozulduqda hər hansısa fiziki cəza nəzərdə tutulmur. Düşünürəm ki, bu kimi halların qarşısının alınması üçün ümumtəhsil məktəblərində monitorinqlər aparılmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları