Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-31 11:58:00
Bu gündən Azərbaycanda Yeni il tətili başlayır

Azərbaycanda yeni il tətili başlayır.

 

AzEdu.az xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl beş gün iş olmayacaq. 

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

 

Belə ki, 2022-ci ilin 1-2 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir.


Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 31 dekabr 2021-ci il və 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olaraq qəbul edilib.