Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 15:21:00
Bu ilin STEAM mənzərəsi-Yeni təhsil növünün əhatəliliyi

2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

 

Hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı və Bərdədə STEAM Mərkəzləri fəaliyyət göstərir. Yaxın zamanlarda Sabirabad, Ağdaş və Lənkəran STEAM Mərkəzləri də istifadəyə veriləcək.


9-10 dekabr 2021-ci il tarixlərində STEAM Azərbaycan Festivalı keçirilib. Festivalda 10 kateqoriya üzrə yarışlar təşkil edilib. Regionlardan və paytaxt üzrə ümumilikdə 289 komanda ilə 892 iştirakçı festivala qatılıb.    

Şükufə Süleymanlı
Müəllifin digər yazıları