Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 11:12:00
Yataqxana həyatı ömrümün ən yaddaqalan günlərdir-Deputat tələbəlik illərindən DANIŞDI

"Sovet vaxtı tələbələrin sosiallaşması və həyata hazırlığında tələbə yataqxanları, tələbə- inşaat dəstələri və 45 günlük hərbi kursların rolu əvəzsiz idi"

 

AzEdu.az xəbər verir ki,bunu Milli Məclisin deputatı Etibar Əliyev qeyd edib.

 

Deputat tələbəlik illərində olan xatirələrini yada salaraq, görülən işlərdən danışıb:

 

"Bizi Arxangelsk və Tümen viləyətlərinə tələbə inşaat dəstəsi adı ilə işləməyə aparıblar. Tələbə dostlarımızla rastlaşanda indi də oralardakı xatirələri yada salırıq. Hərbi kurslarda hərb elmi barədə zəruri bilikləri öyrətməyə çalışırdılar. Mənim tələbə dostlarımdan bir neçəsi hərbçi oldu".

 

Deputat yataqxanaların tələbələrin həyatındakı vacib roluna diqqət çəkib:

 

"Yataqxana həyatı isə tələbəlik illərində ən yadda qalan günlərdir.Yataqxanada kimin nə problemi var idisə, hamı bilirdi. Kim rayondan nə gətirirdisə tələbə dostları ilə bölüşürdü. Tələbə -inşaat dəstələrində isə işləməyi öyrəndik. Bu tələbəlik illərimizin 6 ayını əhatə edirdi. Tələbələrin böyük kəsimi idmanla məşğul olurdu. İdman meydançaları çox yüksək səviyyədə qurulmuşdu və idmanın təşviqi aparılırdı. Sanballı idman müəllimlərimiz var idi. İndi bunların heç biri yoxdur".

 

 

Son olaraq o,-"Gənclər müstəqi həyata atılmamışdan öncə bərkiməlidirlər"- deyə qeyd edib.