Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 11:12:00
Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir

Ali məktəblərə ixtisas seçimi davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, 8 avqust saat 10:30-a qədər  32.184 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 4023  abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, seçim avqustun 13-dək internet vasitəsilə aparılır.