Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 13:45:00
“Kiçik akademiya”ya üzv olan şagirdlər araşdırma işlərinin təqdim ediblər

“Kiçik akademiya” üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, görüşdə “Kiçik akademiya”nın fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, “Kiçik akademiya”lar istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirləri sistemli həyata keçirmək məqsədilə ümumi təhsil müəssisələrində fəaliyyət göstərir.

 

Sonra ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”ların strukturu haqqında fikir mübadiləsi aparılıb, həmçinin görülmüş işlərin qısa hesabatı təqdim edilib.
Tədbirdə “Kiçik akademiya” daxilində həyata keçirilən işlər haqqında məlumatların daha sistemli paylaşılması, eyni zamanda, digər məktəblər tərəfindən izlənilməsi və təcrübə mübadiləsi məqsədilə yaradılan bakuka.az saytı təqdim olunub.

 

Sonda “Kiçik akademiya”ya üzv olan fəal şagirdlər araşdırma işləri ilə bağlı təqdimatlarla çıxış edib, akademiya rəhbərləri fikirlərini bildiriblər.

Görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.