Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 21:51:00
Ucqar dağ kəndlərində yaşayan uşaqlar sevindiriləcək

Ucqar dağ kəndlərində yaşayan uşaqlar üçün yeni layihəyə start verilib. AzEdu.az xəbər verir ki, bu dəfə ucqar kəndlərdə yaşayan uşaqlara velosipedlə oyuncaq paylanılacaq.

Layihənin təşkilatçılarından Seymur İbrahimovun sözlərinə görə, layihə “2 təkər”, “GÜVƏN” Xeyriyyə və “Dostluq” Cəmiyyətinin təşkilati dəstəyi ilə icra olunur: “Ucqar dağ kəndlərində yaşayan balacalarımıza oyuncaq paylamağa gedirik. Əgər sizin də evinizdə artıq, sizə lazım olmayan oyuncaqlar varsa, bizə verin ehiyyacı olan balacalara aparaq çatdıraq. Layihəyə yaxın günlərdə start veriləcək. Oyuncaq vermək istəyənlər 050 880 33 43 (Seymur Hoca) nömrəsi əlaqə saxlasınlar.

Unutmayın, bir uşağın üzünü güldürmək, gələcəyə olan ümidimizi artırmaq deməkdir”.