Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-27 11:00:00
BŞTİ-nin tabeliyindəki 178 məktəbdə STEAM layihəsi tətbiq edilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində paytaxt məktəblərində fəaliyyət göstərən 658 müəllim STEAM təlimlərindən keçərək sertifikat əldə edib.

 

Layihəyə qoşulan məktəblər arasında “Online Hackathon 2021”, “Online VEX Robotics” və “Makerthon 2021” yarışları keçirilib.

 

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.