Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-27 10:30:00
Müəllimlərin maaşı artdı, təhsilin keyfiyyəti necə, yüksələcəkmi?

Müəllim hansı maaşı alarsa, təhsilin keyfiyyətinə təsiri hiss edə bilərik? Ekspertlər cavablandırırlar.

 

 Dövlət başçısının sərəncamı ilə müəllimlərin əməkhaqlarının artırılmasından sonra əsas müzakirə mövzularından biri bu artımın təhsilin keyfiyyətinə təsiri ilə bağlıdır. Elə sosial platformada da müəllimlərin əməkhaqlarının artırılmasından sonra təhsilin keyfiyyətində hansı dəyişikliyin olacağı sual yaradıb. Sputnik Azərbaycan müəllimlərin əməkhaqlarının artırılmasının təhsilin keyfiyyətinə təsirini araşdırıb.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərin əməkhaqlarının artırılmasının təhsilin keyfiyyətinə birmənalı şəkildə təsir edəcəyini söyləmək düzgün deyil. Ekspert bildirir ki, iş keyfiyyətinin yüksək olmasında maddiyyat önəmli olsa da, bunu təhsilin keyfiyyətinə təsiri ilə əlaqələndirmək düzgün mövqe deyil:

 

"Müəllimlərin maaşının artırılması bu sektora dövlət başçısının qayğısının təzahürüdür. Amma demək olmaz ki, əməkhaqları artan kimi təhsilin keyfiyyəti də yüksələcək. Çünki təhsilin keyfiyyəti bir sıra amillərlə bağlıdır.

 

Sputnik