Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 13:52:00
Bu il Bakı üzrə beş məktəbdə 137 şagird inklüziv təhsilə cəlb edilib

2021-ci ildə Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 137 şagird inklüziv təhsilə cəlb edilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.