Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 12:23:00
Bu il 15 ali məktəbdə monitorinq aparılıb

"Bu il ümumilikdə 15 ali təhsil müəssisəsində Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasının monitorinqi aparılıb".

 

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib.

 

O qeyd edib ki, yekun hesabatlar Akkreditasiya Şurasına təqdim olunub: "Ümumilikdə 15 ali təhsil müəssisəsində (ADPU-nun 5 filialı, ADU, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, OYU, BANM, Polis Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitutu) Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasının monitorinqi aparılıb".

 

Agentlik sədri vurğulayıb ki, xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydaların tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə I yarımil ərzində 137, II yarımil ərzində isə 600 məktəbdə monitorinq aparılıb".

 

E.Orucov bildirib ki, Gəncə Dövlət və Azərbaycan Texnologiya Universitetlərinin akkreditasiya qiymətləndirilməsi prosesi yekunlaşıb.

 

Report