Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 15:44:00
Bu il Bakı üzrə 33 məktəbli altıncı respublika fənn müsabiqələrinin qalibi olub  

Bu il Bakı üzrə 33 məktəbli VI respublika fənn müsabiqələrinin qalibi olub.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 2021-ci ildə fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 3 nəfər riyaziyyat, 8 nəfər kimya, 3 nəfər fizika, 6 nəfər biologiya, 13 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.

 

Qeyd edək ki, ənənəvi olaraq ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələri keçirilir.