Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 12:22:00
Türkiyəli rektor nazir müavini və deputatlarla görüşdü - FOTO  

İstanbul Kent Üniversitesinin rektoru Necmettin ATSÜ Azərbaycana səfəri çərçivəsində təhsil nazirinin müavini Firudun Qurbanovla görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə təhsil sahəsindəki son durum, əməkdaşlıq, əlaqələr müzakirə olunub.

 

Rektor eyni zamanda Milli Məclisin elm və təhsil komitəsinin  sədr müavini Musa Qasımlı, komitənin üzvü Ceyhun Bayramov və millət vəkili Məlahət İbrahimqızı ilə də görüşüb.

 

Deputatlarla görüşdə əsasən iki ölkə arasında təhsil əlaqələrinin daha da genişlənməsində qanunvericiliyin verdiyi imkanlar istiqamətində müzakirələr aparılıb.  

 

Məlahət İbrahimqızı müəllifi olduğu  “ŞUŞA: Bərabər Yürüdük Biz Bu Yollarda” kitabını rektora hədiyyə edib.