Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-20 18:00:00
Azərbaycanda daha 577 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 577 yeni yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 610 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 338 nəfər müalicə olunaraq sağalıb, 8 208 nəfər vəfat edib, aktiv xəstə sayı 15349 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 777, ötən müddət ərzində isə ümumilikdə 5 757 381 test aparılıb.