Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-20 16:42:00
Lütfi Zadə adına beynəlxalq olimpiadaya start verilir

Dekabrın 20-də dünyaşöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına beynəlxalq olimpiadaya start verilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. Onlayn keçirilməsi planlaşdırılan olimpiadaya yaşı 18-dən çox olmayan məktəblilər qatıla biləcəklər.

 

Qeyd edək ki, dekabrın 22-də riyaziyyat, dekabrın 23-də informatika fənni üzrə yarış günü, dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur. Riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt, informatika fənni üzrə isə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək.