Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-20 13:24:00
Regionlardakı məktəblərdə inklüziv siniflər yaradılıb  

“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bu tədris ilindən daha 8 məktəbdə inklüziv siniflər yaradılıb.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva institutun 90 illik yubileyinə həsr olunan hesabat tədbirində deyib.

O bildirib ki, bu tədris ilinə qədər inklüziv siniflər 4 Bakı məktəbini əhatə edirdi. 2021-2022-ci tədris ilindən artıq region məktəblərində də inklüziv siniflər yaradılıb.