Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 15:00:00
Metodistlərin pedaqoji peşəkarlığının artırılması istiqamətində təlimlərə 41 nəfər cəlb olunub  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən metodist hazırlığı və metodistlərin pedaqoji peşəkarlığının artırılması istiqamətində təlimlər dekabrın 18-dək davam edəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlərə Ucar, Kürdəmir, Yevlax, Cəbrayıl, Salyan, Şəki, Tərtər, Astara, Ağstafa, Daşkəsən, Ağdam, Cəlilabad, Şəmkir, Lerik, Tovuz, Göyçay, Biləsuvar, Balakən, Siyəzən, Beyləqan, Quba və Xaçmaz rayonları üzrə ümumilikdə 41 nəfər metodik kabinet əməkdaşı cəlb olunub.

 

Təlimlər “Fənn kurikulumları”, “Alt standartlardan təlim nəticələrinin çıxarılması”, “Qiymətləndirmə”, “Səmərəli təlim mühitinin yaradılması”, “Sinfin idarə edilməsi”, “Dərsdinləmə prosesinin təşkili” modulları üzrə keçirilib və zəruri metodik dəstək bacarıqları aşılanıb.

 

Qeyd edək ki, mərkəz tərəfindən bu istiqamətdə təlimlərin davam etdirilməsi, region metodistlərinin həm nəzəri biliklərlə, həm də praktik tapşırıqlarla səriştələrinin artırılması planlaşdırılır.

 

Xatırladaq ki, təlimlər dekabrın 6-dan başlanıb.