Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 17:10:00
Təhsil İnstitutu ingilis dili müəllimlərini təlimlərə dəvət edir

Təhsil İnstitutu ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “British Council” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramı müəllimlərin tədris ehtiyaclarına uyğun hazırlanıb və onların peşəkar inkişafının artırılması məqsədi daşıyır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlər Onlayn Müəllim İcması platforması üzərindən həyata keçirilir və iştirakçılara özü müəyyənləşdirdiyi vaxtda platformaya daxil olmaq, müstəqil öyrənmək imkanı verilir. Eyni zamanda, təlimlər modullar üzrə aparılır və hər bir modul 3 bölmədən ibarətdir. Təlimin dili, proqram və məzmun ingilis dilindədir. Təlim ödənişsizdir və modulları müvəffəqiyyətlə tamamlayan müəllimlərə sonda sertifikat veriləcək.

 

Təlimdə iştirak etmək istəyən şəxslər dekabrın 21-dək müraciət edə bilərlər.

 

Qeyd edək ki, təlimdə iştirak üçün yerlər məhduddur və bu səbəbdən ilkin olaraq qeydiyyatdan keçən, İKT bacarıqları və ingilis dili biliyi (minimum B1 səviyyəsində) yüksək olan şəxslərə üstünlük veriləcək.

 

Təlimlər 2022-ci ilin yanvar ayından etibarən start götürəcək