Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 13:20:00
Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün vebinar keçirəcək    

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir  ki, növbəti vebinar dekabrın 15-də ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə “Morfologiya” mövzusunda keçiriləcək. Spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək. Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq "Morfologiya" bölməsinə dair müxtəlif növ tapşırıqların təhlilini ibtidai sinif müəllimlərinin diqqətinə çatdırmaqdır.

 

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.