Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 09:12:00
Fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib

15 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, Rus dili (tədris dili) fənni üzrə işçi qrupun iclasında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub.

 

Müzakirələr zamanı tapşırıqların müvafiq fənn kurikulumunun təlim nəticələrinə uyğunluğuna xüsusi diqqət yetirilib.

 

Fizika fənni üzrə işçi qrupun iclasında isə gündəlik məsələ 2021-ci ildə keçirilən I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunan tapşırıqların müzakirəsi olub. Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, nominasiya və mövzulara uyğunluq baxımından təhlil edilib.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qrupularının növbəti iclası 22 dekabr 2021-ci il tarixində olacaq.