Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 15:31:00
BU SƏBƏBDƏN semestr imtahanları yanvarın 3-də başlayacaq-RƏSMİ

"Bu tədris ili ali və orta ixtisas təhsil müəssisələrində dərslərə 2 həftə gec başlanılıb".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi "facebook" səhifəsində yazıb.

 

"Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.

 

Qeyd edək ki, bu tədris ili ali və orta ixtisas təhsil müəssisələrində dərslərə 2 həftə gec başlanılıb".

 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günü hesab edilir, lakin tədris ili gec başladığı üçün payız imtahan semestri 3 yanvardan start götürüəcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları