Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 12:54:00
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçirəcək.

 

DİM-dən AzEdu.az-a sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Bakalavrların nəzərinə çatdırılır ki, magistraturaya qəbul imtahanının 2022-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur. Ona görə də bakalavrlara bu sınaq imtahanında iştirak etmək tövsiyə olunur.

 

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

 

İmtahanda iştirak etmək üçün verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolu ilə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan veriləcək bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra imtahana buraxılış vərəqəsini və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək olar.