Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 12:35:00
Bakı məktəblərində yeni dərs ilinə hazırlıq görülür - FOTO  

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri gedir.

Bakı Şəhəri üzrəTəhsil İdarəsindən AzEdu.az-a bildiriblər ki, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, bir məktəbin binasının, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi aparılır.

Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəbin inşasına başlanılıb. Həmçinin bir məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.