Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 15:23:00
Bakı məktəblilərinin 130 komandası “STEAM Azərbaycan Festivalı 2021”də yarışıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) şagirdləri “STEAM Azərbaycan Festivalı 2021”də (SAF 2021) iştirak ediblər.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, festivala idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 350-dən çox VI-XI sinif şagirdlərindən ibarət 130 komanda qatılıb.
Şagirdlər festival çərçivəsində nəzərdə tutulan “STEAM Open (Makerthon)”, “Hackaton”, “Micro:bit”, “Lego Sumo senior”, “Lego Sumo junior”, “Line folower”, “3D Cad”, “Short movie”, “Edu dron”, “Humanoid” robot kateqoriyaları istiqamətində yarışıblar. Əlavə olaraq məktəblilər kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olublar, oyunun aktiv iştirakçısına çevriliblər.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyi tərəfindən təşkil olunan festivalın (www.saf.steam.edu.az) əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən ibarətdir.