Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 10:52:00
Təhsil naziri: STEAM Azərbaycan Festivalına beynəlxalq status vermək istəyirik  

STEAM Azərbaycan Festivalına beynəlxalq status vermək istəyirik.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində 6-11-ci sinif şagirdləri üçün təşkil olunan “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimində deyib.

 

O bildirib ki, növbəti ildən festivala dünyanın müxtəlif ölkələrindən şagirdlər də qoşulacaq.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub. STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan Festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.