Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 09:15:00
Ali təhsil müəssisələrinə sınaq imtahanına qeydiyyat başa çatır

Sınaq imtahanına qeydiyyat bu gün saat 23:59-dək aparılacaq

 

AzEdu.az xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. 

 

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayınadək olan hissəsini, digər siniflər üçün isə tam proqramı əhatə edəcək.

 

 Sınaq imtahanında coğrafiya fənni üzrə Azərbaycanın iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu yaxınlarda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı ictimaiyyətə təqdim olunan material əsasında tərtib ediləcək. Həmçinin tarix fənni üzrə Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında verilən material əsasında tərtib ediləcək.

 

Sınaq imtahanına qeydiyyat 9 dekabr saat 23:59-dək aparılacaq.

 

İmtahanlar dekabrın 19-da Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax,  Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.

 

İmtahanda iştirak etmək üçün DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.