Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-08 16:13:00
Məktəb inspektoru olmaq istəyənlərin nəzərinə-TƏLƏBLƏR

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edib.
Bu barədə  TKTA-dan məlumat verilib.
Vakansiya üzrə müraciət etmək istəyən namizədlərə verilən tələblər:
-Ali təhsil;
-Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
-Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
-Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
-Yüksək səviyyədə Azərbaycan dili biliyi;
-“Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
-Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
-Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
-Monitorinq və qiymətləndirmə bacarığı;
-Təşkilatçılıq, komandada işləmə bacarığı;
-Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
-Minimum yaş həddi - 30 yaş.
Vakansiyanın üstünlükləri:
-Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
-Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak;
-Özünüinkişaf və karyerada yüksəliş imkanı;
-Yüksək əməkhaqqı.
Vakansiya üzrə seçilən namizədlər tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafiklə işləyəcəklər.
Namizədlər CV-lərini dekabrın 10-dək TKTA-nın saytında verilən keçid vasitəsilə göndərə bilərlər.