Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-01 13:15:00
UNEC İqtisadi Forumu çərçivəsində Nobel mükafatı laureatı Əziz Səncər alimlərlə görüşüb  

Dekabrın 1-dən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə UNEC İqtisadi Forumu-2021 öz işinə başlayıb. Forum Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilib.

 

AzEdu.az xəbər verir ki, forumun ilk günündə Nobel mükafatı laureatı Əziz Səncərin alimlərlə görüşü keçirilib. Görüşdə alim öz təcrübəsini bölüşüb. O, elm adamı olmaq yolunda hansı mərhələlərdən keçməli, yaxşı tədqiqatçı olmaq üçün nələrə sahib olmalı və s. bu kimi məlumatları auditoriya ilə paylaşıb.

 

Əziz Səncərin bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu vardır. 2015-ci ildə DNT sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Ə.Səncər elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür. O, Azərbaycan da daxil olmaqla, bütövlükdə türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 10 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.