Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-30 15:38:00
Magistraturaya sınaq imtahanı bu  şəhərlərdə təşkil olunacaq  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan vermək istəyən bakalavrların DİM-in internet saytında “Şəxsi kabinet”i olmalıdır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 manatdır.