Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-30 15:00:00
Magistraturaya qəbul olmaq üçün sınaq imtahanına qeydiyyat - Bu tarixdə   

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 16-sı saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.