Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-30 09:51:00
DİM: III ixtisas qrupu üzrə sınaq imtahanında hər iki altqrupu seçənlər coğrafiyadan əlavə imtahan verəcək  

III ixtisas qrupu üzrə sınaq imtahanında iki altqrup - DT və TC üzrə iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.

 

AzEdu.az xəbər verir ki, coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda təşkil olunacaq. Coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saatdır.

 

Qeyd edək ki, DİM dekabrın 19-da qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Sınaq imtahanına qeydiyyat dekabrın 9-u saat 23:59-dək aparılacaq.