Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 10:00:00
Təhsil Nazirliyi: X sinfə qəbul prosesi sabah yekunlaşır  

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.

 

AzEdu.az xəbər verir ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilir. Əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.