Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-24 13:20:00
Kaliforniya Universitetində test qəbul imtahanları vermək tələb edilməyəcək

Məşhur Kaliforniya Universitetinin (The University of California) rəhbərliyi bu ali məktəbə tələbə qəbulu prosesində dəyişikliklər edib.

 

Yeni ildən etibarən bu universitet bakalavriaturaya daxil olmaq istəyən yeni tələbələrin test qəbul imtahanları verməsini tələb etməyəcək.

 

Ekspertlər qəbul imtahanlarında irqi şəxsiqərəzlik zəminində SAT və ACT testlərindən istifadə olunmasını çoxdan tənqid edirlər. Onlar hesab edirlər ki, bu testlər daha yaxşı təmin edilmiş ailələrdən olan, bu səbəbdən imtahanlara daha yaxşı hazırlaşa bilən tələbələrə üstünlük verir.

 

Test qəbul imtahanları olmadıqda qəbul komissiyasının işi çoxalacaq. Belə ki, 2020-ci ildə Kaliforniya Universitetinə qəbul olunmaq üçün 172 min ərizə verildiyi halda bu il belə ərizələrin sayı 200 mindən çox olub. İndi qəbul komissiyası hərtərəfli yoxlama aparmalı, şagirdlərin məktəbdə və sinifdənkənar məşğələlərdə aldığı qiymətləri, sosial-iqtisadi amillər və test imtahanı ilə bağlı olmayan digər meyarları nəzərdən keçirməlidir.

 

AZƏRTAC