Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 13:52:00
Məktəblərdə məntiq fənninin keçirilməsi vacibdir-Rəşadət Şərifov

Son zamanlar məntiq fənnin məktəblərdə keçirilməsi əsas müzakirə mövzularından biridir.

 

AzEdu.az-a danışan məntiq müəllimi Rəşadət Şərifov həmin  fənnin məktəblərdə və orta təhsil pilləsində keçirilməsinin vacib olduğunu deyib.

 

“Bu, şagirdlərin İQ səviyyəsinin inkişaf etdirilməsinə şərait yaradacaq. Hazırda ölkəmiz İQ  baxımından dünya ölkələri arasında 80-ci yerlərdədir. Bu, bizim üçün çox aşağı göstəricidi. Bizim keçmiş və tarixi dövrlərimizdə kifayət qədər  intellektual şəxslər olub. Həmin alim və mütəfəkirləri nəzərə alsaq, hazırda yaşanan vəziyyət ürəkaçan səviyyədə deyil. Ona görə də bağçalardan başlayaraq məntiqi biliklər uşaqlara aşılanmalıdır. Vacib deyil ki, bu, akademik səviyyədə olsun, ilkin anlayışları uşaqlara aşılamaq lazımdı. Onlara sadə məntiqi tapşırıqlar etdirməyi öyrətmək vacibdir. İbtidai siniflərədə məntiq azda olsa, tədris edilir, lakin onun vəziyyəti hansı səviyyədə olduğunu bilmirəm. Bunu daha da təkmilləşdirmək mümkündü. Şagirdlərdə müxtəlif üsullarla maraq yaratmaq lazımdır. Məntiq tapşırıqlarını oyunlaşdırıb, onları müxtəlif formalara salaraq anlatmaq olar. Belə olduqda maraq daha da yüksələcək. Məntiqi keçmək yox, onu öyrətmək lazımdır. Bu insanlarımızın İQ səviyyəsinin inkişafına yardımçı olacaq, onların düşüncələrinin formalaşmasına kömək edəcək. Həmçinin, gələcəkdə universitet və magistraturaya qəbulda da  məntiqin keçirilməsinə çox böyük kömək olacaq. Belə olduqda bu, rahat şəkildə tətbiq ediləcək”.

 

Rəşadət bəy valideynlərə məntiqlə barədə tövsiyələr verib:

 

“Valideynlər fərdi olaraq  övladlarının məntiqi inkişafı üçün müxtəlif kitablardan istifadə edə bilərlər. Kiçik yaşlı uşaqlar üçün məntiq üzrə hazırlanan müxtəlif aspektli kitablar mövcuddur. Həmin çap məhsulları müxtəlif oyun və əyləncə formatlarında tərtib edildiyinə görə onun öyrənilməsi də olduqca asandır. Lakin onların nə dərəcdə mükəmməl olmağı haqqında  heç bir məlumatım yoxdur. Amma bu tip kitablar heç yoxdan yaxşıdır. Valideynlər onları alaraq övladları üçün istifadə edə bilərlər. Lakin məntiq məktəblərdə olsa, bu, effektivlik yaradacaq, çünki orta təhsil səviyyəsində keçirilən fənnin yerini heç nə verə bilməz”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları