Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 12:58:00
Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün keçirilən təlimlər yekunlaşıb

Təhsil İnstitutu tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olub.

 

AzEdu.az xəbər verir ki, təlimlər Leyla Sultanlı, Qoşqar Məhərrəmov və Rza Məmmədov tərəfindən aparılıb. Təlimlərdə müvəffəqiyyətlə iştirakına görə 10 nəfər sertifikat qazanıb.

 

Təlimlərin 2022-ci ildə yenidən təşkil olunması gözlənilir.