Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-20 10:38:00
ADNSU-da YAP-ın ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyasının (YAP) ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

 

AzEdu.az xəbər verir ki, esabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

ADNSU-nun YAP ilk təşkilatının sədri dosent Tamilla Naibova hesabat məruzəsi ilə çıxış edib.

 

YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, YAP-ın yaranması və 1993-cü ilin oktyabrında partiyanın sədri ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə prezident seçilməsi Azərbaycanda yeni dövrün, yeni inkişaf mərhələsinin əsasını qoyub.

 

ADNSU-nun rektoru professor Mustafa Babanlı YAP-a üzv olmağın şərəfli, eyni zamanda, çox məsuliyyətli bir iş olduğunu vurğulayıb. O, universitetdə ilk YAP təşkilatının yaranmasından danışıb. YAP-ın üzvü olan ADNSU əməkdaşlarını universitetin və cəmiyyətin həyatında aktiv olmağa çağırıb.

İclasda rektor Mustafa Babanlı ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova isə sədrin müavini vəzifəsinə seçilib.