Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 12:40:00
Dünya Alimlər Kubokunun finalçısı AzEdu.az-a danışdı - FOTO+VİDEO  

“Azərbaycanı təmsil edən yeganə şagird olduğumdan orada özümə yeni dostlar tapdım”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar’s Cup) olimpiadasında finala vəsiqə qazanan, Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva deyib. O ingilis dilini mükəmməl bilir:

“Bu mənimçün çox maraqlı oldu. Azərbaycandan olan tək təmsilçi mən idim. Özümə yeni dostlar tapdım və yığma qrup olduq. Valideynlərimə  çox minnətdaram ki, məni bura gətirdilər. Onlar olmasaydılar, bu uğuru qazana bilməzdim. Ən əsası müəllimlərimə təşəkkür edirəm. Mənə ingilis dilini onlar öyrədiblər.

İspaniyada debat oldu, esse yazdıq. Riyaziyyatdan başqa bütün fənlər  var idi. İngilis dilində təmiz danışa, rəsm çəkə, pianinoda ifa edə bilirəm. Finala vəsiqə qazandığımı öyrənəndə çox həyəcan keçirdim”.

Xatırladaq ki, Nərgiz Quliyeva bu il yanvarın 25-də Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turnirində şagirdlər arasında ən yaxşı nəticə göstərərək İspaniyanin Barselona şəhərində keçirilən yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Amerika, Kanada, Fransa, Türkiyə, İzrail, Almaniya və s. kimi dünyanın ən öncül 60-a yaxın dövlətlərindən on minlərlə şagird müsabiqəyə qatılsalar da, yalnız ən bilikliləri yarımfinalda iştirak etmək hüququ qazanır. İngilis dilində keçirilən yarışmada ölkəmizi ilk dəfə olaraq Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva təmsil edib.

N.Quliyeva dünyanın 60-dan çox ölkəsinin 2100 şagirdinin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.

Barselonada baş tutan yarımfinal mərhələsində şagirdlər 5 gün müddətində özlərini ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə sınayıblar. Bununla belə, qrup və individual olaraq müxtəlif mövzularda debatlar edərək, bir-birləri ilə mübarizə aparıblar.

Artıq 4-ü qızıl, 3-ü gümüş olmaqla ümumilikdə 7 medalla vətənimizi layiqincə təmsil etməyi bacaran Nərgiz Quliyeva Amerikada dünyanın ən nüfuzlu “Yale”də universitetində keçiriləcək final mərhələsinə qatılacaq. O, burada həm yarışacaq, həm də universitetin tələbə heyyəti ilə bərabər dərslərə qatılaraq, professor heyyətindən mühazirələr dinləyəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları